PDF Oxu

Mədəniyyət

  • 5

Naxçıvan Dövlət tarix muzeyi zənginləşir

Naxçıvan Dövlət tarix muzeyi zənginləşir
XX əsrin əvvəllərində Azərbaycan tarixində əhəmiyyətli rol oynamış türk generalı Kazım Qarabəkir Paşanın nəvəsi İclal xanım Cankorel Naxçıvan Dövlət tarix muzeyinə babasına aid eksponatlar göndərmişdir.
Eksponatlar arasında 12 kitab, Kazım Qarabəkir Paşanın yazdığı "Vətən marşı" (notları ilə birlikdə), Türkiyənin İstanbul şəhərindəki Kazım Qarabəkir Vəqfinin döş nişanı və bukletləri vardır.
İclal xanım hələ 2000-ci ildə Naxçıvanda olarkən tarix muzeyini ziyarət etmiş, babasına aid guşə onda xoş təəssürat doğurmuşdur.
Türk generalının Naxçıvan Dövlət Tarix Muzeyində guşəsinin yaradılması təsadüfi deyildir. 1918-ci ilin mayında türk ordusunun hissələri ilə Naxçıvana gələn Kazım Qarabəkir Paşa yerli əhalini erməni zülmündən xilas etmişdir.
Naxçıvanın muxtariyyət statusu almasında böyük əhəmiyyətə malik olan tarixi Qars müqaviləsini 1921-ci il oktyabrın 13-də Türkiyə Cümhuriyyəti tərəfindən imzalayanlardan biri də məhz Kazım Qarabəkir Paşa olmuşdur.

Digər xəbərlər