PDF Oxu

Mədəniyyət

  • 9

Cavad Heyətin şəxsi fondu yaradılır

Cavad Heyətin şəxsi fondu yaradılır
Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində görkəmli cərrah, alim-türkoloq, Cənubi Azərbaycanda çıxan "Varlıq" jurnalının yaradıcısı və baş redaktoru Cavad Heyətin şəxsi fondu yaradılır.
Arxivin direktoru Maarif Teymurovun məlumatına əsasən, alim, hələlik, həyatının və fəaliyyətinin ilk illərinə aid materialları arxivə təqdim etmişdir. Onların arasında özünün və atasının tərcümeyi-halı, "Varlıq" jurnalının bəzi nüsxələri, ədəbiyyata, tarixə, türkologiyaya aid yazdığı əsərlərin siyahısı və məktubları yer almışdır.
Cavad Heyət şəxsi sənədlərini arxivə hissə-hissə təqdim edəcəkdir.

Digər xəbərlər