PDF Oxu

Mədəniyyət

  • 6

Oğlanqalada birgə tədqiqat işləri aparılır

Oğlanqalada birgə tədqiqat işləri aparılır
Ölkə ərazisində qazıntı işləri davam etdirilməkdədir. Arxeoloji qazıntılar nəticəsində əldə olunan tarixi materiallar Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı tutarlı dəlillərdir. Bu işə dünyanın bir çox arxeoloqları cəlb olunmuşdur. Belə ki, hazırda Azərbaycan və ABŞ arxeoloqları Naxçıvan MR-in Şərur rayonu ərazisindəki Oğlanqala qədim yaşayış yerində birgə tədqiqat işləri aparırlar. Qazıntılar zamanı aşkarlanan tapıntılar Oğlanqalanın paytaxt şəhəri olduğunu söyləməyə əsas verir. Tədqiqatlar göstərir ki, burada eramızın birinci minilliyinin əvvəllərində yaşayış olmuşdur. Bu ərazidən tapılan mixi yazılar eramızdan əvvəlki əsrlərə aid edilir və bu Oğlanqalanın tarixini dəqiqləşdirməyə imkan verir.
Tədqiqatçılar hesab edirlər ki, Oğlanqala dünya əhəmiyyətli mühüm arxeoloji abidədir və Azərbaycan, Qafqaz, habelə, Orta Şərq tarixinin öyrənilməsi baxımından geniş imkanlar açır. Aşkarlanan tapıntılar Oğlanqalanın vaxtilə müstəqil dövlətin paytaxtı olduğunu göstərir. Arxeoloqlar onun qonşu dövlətlərlə əlaqələrini, ətrafında hansı yaşayış məskənlərinin olduğunu da araşdırmaq niyyətindədirlər. Xatırladım ki, tədqiqat işləri bu ilin avqustun sonunadək davam etdiriləcəkdir.

Digər xəbərlər