PDF Oxu

Mədəniyyət

  • 13

Yeni əsrin “Divani-hikmət”i

Yeni əsrin “Divani-hikmət”i
Azərbaycan ədəbi məktəblərinin formalaşması və inkişaf dövrü əsrləri əhatə etsə də, bu məktəblərin davamçıları olan nümayəndələr yetişməkdədir. Klassik ədəbiyyatımızın görkəmli nümayəndələri olan simaların yaratdığı ədəbi məclislərin təsiri nəticəsində, sənət dünyasına kifayət qədər qələm sahibləri yol açmış və onların səyi ilə formalaşan ədəbi məclislərin məzmun və keyfiyyətində əmələ gələn dəyişikliklər məhz mövcud olan ədəbi mühitin formalaşmasına müsbət təsirini göstərmişdir.
Əsası Mirzə Şəfi Vazeh tərəfindən qoyulmuş ədəbi məclisin ətrafına toplaşan təfəkkür sahibləri dövrün nəbzini tutaraq bədii həqiqətləri məhz yaradılan əsərlərdə əks etdirmək qüdrətinə malik olmuşdular. Bu yaxınlarda belə ədəbi məclislərdən biri də - "Divani-hikmət" Gəncə şəhərində yaradılmışdır. Gəncəbasarı əhatə edən bu məclisin üzvləri Gəncədəki Nizami Gəncəvi adına Kitabxanada ayda iki dəfə toplaşaraq hikmətamiz fikirləri müzakirə edir, ədəbi məclisin üzvü olan qələm sahiblərinin yeni yaranan nümunələri dinlənilir. "Divani-hikmət" ədəbi məclisinin əsas məqsədi gəncləri bir araya toplayıb, ədəbiyyata gələn yaradıcı gənclərin istedadlı təbəqəsini seçib, onları düzgün bir şəkildə istiqamətləndirməkdir. "Divani-hikmət"in sədri Aydın Murovdağlı, sədr müavini isə Sahib İbrahimlidir. İdarə heyətini üzvləri əməkdar incəsənət xadimi, professor, filologiya elmləri doktoru Bağır Bağırov, əməkdar jurnalist, yazıçı Qərib Mehdiyev, şair Mahir Rəfizadə və başqalarıdır.
Ədəbi məclis tərfindən yaxın zamanlarda "Qızıl qaya" jurnalının və "Sözün sehri" adlı qəzetini dərc olunması planlaşdırılıb. Məclisin ilk uğurlu addımlarından hesab olunan şair Bahadur Fərmanın 70 illik yubiley tədbirinə həsr olunmuş bülletenin nəşridir. Bu il aprel ayında fəaliyyətə başlayan ədəbi məclis vətənpərvərlik mövzusunda müsabiqənin keçirilməsinə də imza atmışdır. Ədəbi məclis yaxın zamanlarda incəsənətin müxəlif sahələrini əhatə edən müsabiqələri keçirməyi planlaşdırıb. Ədəbiyyatsevərlərin təşəbbüsü ilə fəaliyyətini davam etdirən "Divani-hikmət" ədəbi məclisində şifahi xalq ədəbiyyatı nümunəsi olan aşıq sənətinə də yer verəcək. Mirzə Şəfi Vazehin 215 illik yubileyi münsibəti ilə mükafatın təsis olunması da nəzərdə tutulub.

Digər xəbərlər