PDF Oxu

Mədəniyyət

  • 10

“Qala” filmi Montreal Dünya Film Festivalında iştirak edəcək

“Qala” filmi Montreal Dünya Film Festivalında iştirak edəcək
Şamil Nəcəfzadənin "Qala" filmi 27 avqust - 7 sentyabr tarixlərində ABŞ-da keçiriləcək 33-ci Montreal Dünya Film Festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Aynur Əsgərovanın verdiyi məlumata əsasən, "Azərbaycanfilm" və "United Multimedia Projects"in birgə istehsalı olan film 83 dəqiqəni əhatə edir.
Film üzərində quruluşçu rejissor Şamil Nəcəfzadə, baş prodüser Xamis Muradov, prodüserlər Rauf Ataməlibəyov, Timur Vaynşteyn, ssenari müəllifləri Şamil Nəcəfzadə, Ramiz Rövşən, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssamlar Arif Məhərrəmov, Əziz Məmmədov çalışıblar. Ekran əsərinin bəstəkarı Cahangir Zülfüqarovdur. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yuliya Peresild, Məmmədağa Əlili ifa edirlər.
Ötən il "Oskar" mükafatı uğrunda yarışmaya qatılan filmə Azərbaycan tamaşaçıları bu il oktyabrın 2-də Heydər Əliyev Sarayında tamaşa edə biləcəklər.
Məlumat üçün deyim ki, filmin mövzusu maraqlı süjet əsasında qurulub: sərhəddə yerləşən ucqar dağ kəndindəki qədim qalanın qalıqları arasında kino çəkilişi üçün dekorasiyalar qurulub. Şəhərdən gəlmiş kino qrupu burada müharibə və sevgi haqqında tarixi film çəkir. Çox keçmir ki, kənd adamları, onların canlı hissləri - məkr və məhəbbət, sevinc və iztirab, kino həyəcanlarını üstələyib ön plana çıxır. Bir qədər sonra isə bütün bunları alt-üst edən müharibə başlayır. Kino davası yox, əsil müharibə. Və keçmişdə olduğu kimi, qədim qala yenə müdafiə istehkamına çevrilir.

Digər xəbərlər