“Aktrisa” filminin çəkilişinə başlanılacaq
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Pozitiv Media" studiyasında istehsala buraxılan "Aktrisa" filminin çəkilişlərinə avqust ayında başlanacaqdır.
Rejissor Rövşən İsaq filmi şair-yazıçı İlqar Fəhminin eyniadlı povesti əsasında ekranlaşdıracaqdır. Çəkilişləri, əsasən, Bakıda və ətraf ərazilərdə aparılacaq filmin quruluşçu operatoru Rövşən Quliyev, bəstəkarları Nazim Əhmədov və Vasif Arifoğludur. "Aktrisa"nın 2010-cu ilin martına qədər tamamlanması nəzərdə tutulur.
Filmdə aktrisanın həyat yoldaşı bankir Vaqif Fətəliyev rolunda xalq artisti Fuad Poladov çəkiləcəkdir.