PDF Oxu

Mədəniyyət

  • 3

“Sürməli festivalı”nda “Oğuzlar” folklor qrupunun çıxışı alqışlarla qarşılanıb

“Sürməli festivalı”nda “Oğuzlar” folklor qrupunun çıxışı alqışlarla qarşılanıb
Türkiyənin Yozqat şəhərində keçirilmiş beynəlxalq "Sürməli festivalı"nda Azərbaycandan gəlmiş "Oğuzlar" folklor qrupunun çıxışı böyük rəğbətlə qarşılanmışdır.
Festivalda uğurla çıxış edən qrup Ankarada da konsert vermişdir. Konsertdə Ankara sakinləri ilə yanaşı, TÜRKSOY təşkilatının təmsilçiləri və burada yaşayan azərbaycanlılar olmuşlar.
"Oğuzlar" folklor qrupunun üzvləri TÜRKSOY-un Ankaradakı baş qərargahında da olmuş, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından Bakıdan gətirdikləri qədim musiqi alətimiz tarı təşkilatın binasında keçiriləcək türk dünyası musiqi alətləri sərgisində nümayiş olunmaq üçün quruma təqdim etmişlər.

Digər xəbərlər