PDF Oxu

Mədəniyyət

  • 10

Novxanı kəndinə həsr olunmuş internet səhifəsi açılıb

Novxanı kəndinə həsr olunmuş internet səhifəsi açılıb
Abşeron rayonunun Novxanı kəndinin tarixinə, burada anadan olmuş neçə-neçə görkəmli və tanınmış şəxsiyyətin həyatına, əmək fəaliyyətinə və yaradıcılığına həsr olunmuş www.novxanililar.narod.ru internet səhifəsi açılmışdır.
Layihənin rəhbəri uzun illər Dövlət Təhlükəsizliyi Komitəsində, sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləmiş, "Azərbaycan bayrağı" ordenli, istefada olan polkovnik Vaqif Ağayevdir.
İnternet səhifəsində "Dövlət və ictimai xadimlər", "Elm xadimləri", "Mədəniyyət xadimləri", "Din xadimləri", "Müharibə iştirakçıları" və digər rubrikalarda dahi rəssam Əzim Əzimzadə (1880-1943), görkəmli siyasi xadim, alim və yazıçı Şıxəli Qurbanov (1925-1967), keçmiş SSRİ-də yeganə ittifaq naziri olmuş Sabit Orucov (1912-1981), xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (1906-1989), əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (1919-1944), respublikamızda müasir anatomiya elminin banisi Kamil Balakişiyev, görkəmli alimlər Ağaməmməd Abdullayev (pedaqogika), Kəbutər Səfərov (kənd təsərrüfatı), SSRİ-nin fəxri neftçisi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Nəsrulla Babayev və daha neçə-neçə tanınmış siyasi xadim, alim, rəssam, şair, bəstəkar və digərləri haqqında maraqlı məlumatlar yerləşdirilmişdir.

Digər xəbərlər