İrəvan Dövlət Azərbaycan Dram Teatrı qərb bölgəsində qastrol səfərindədir
İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppası bu ayın sonunadək respublikamızın qərb bölgəsində qastrol səfərində olacaqdır.
Kollektiv sənətsevərlərə yazıçı-dramaturq Aqşin Babayevin "Xilaskar" publisistik-xronikal dramının tamaşasını təqdim edəcək.
Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanovdur. Əsas rolları xalq artistləri Elmira İsmayılova, Süleyman Nəcəfov, əməkdar artistlər Vaqif Kərimov, Vidadi Əliyev və başqaları ifa edirlər.