“Qloballaşan dünyada informasiya hamı üçün”
2008-ci il 1-4 sentyabr tarixlərində Bakıda keçirilən Asiya və Sakit okean ölkələri xəbər agentlikləri təşkilatı (OANA) icraiyyə komitəsinin 30-cu iclasında müxtəlif dövlətlərin Antara (İndoneziya), EANA (Avstriya), İTAR-TASS (Rusiya), Kyodo (Yaponiya), Anadolu (Türkiyə), Kazinform (Qazaxıstan), MONTSAME (Monqolustan) və s. xəbər agentlikləri rəhbərlərinin çıxışları maraq oyatmışdır. Bu çıxışlar "Qloballaşan dünyada informasiya hamı üçün" kitabında öz əksini tapmışdır. Məlum olduğu kimi, iclas bəşəriyyət üçün çox mühüm əhəmiyyət kəsb bir mövzuya - "Qloballaşan dünyada informasiya hamı üçün" mövzusuna həsr edilmişdir.
Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada müxtəlif ölkələrin xəbər agentlikləri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətli olan OANA icraiyyə komitəsinin iclasında konstruktiv müzakirələr aparılmış, qloballaşan dünyamızda xəbərlərin daha operativ, obyektiv, qərəzsiz hazırlanması və yayılması baxımından faydalı təkliflər, tövsiyələr səslənmiş, xarici qonaqlar gənc müstəqil Azərbaycan Respublikasının bugünkü həyatı, müxtəlif sahələrdəki uğurları ilə tanış olmuşlar.
"Qloballaşan dünyada informasiya hamı üçün" kitabının redaktorları Dağbəyi İsmayılov və Tamilla Nuriyevadır.