PDF Oxu

Mədəniyyət

  • 25

Qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri dəyişdirilib

Qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri dəyişdirilib

Bir sıra xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri dəyişdirilib. SİA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. Onun sözlərinə görə, builki qəbul imtahanlarında abituriyentlərin zəif olduğunu nəzərə alaraq TQDK belə bir addım atmağı qərara alıb.
"Belə ki, Bakı şəhərində musiqi sənəti üzrə orkestr alətləri və solo oxuma (BMA) ixtisasları üzrə minimal test balı 50-ə, xalq çalğı alətləri (AMK) və xalq çalğı alətləri (ADMİU) ixtisasları üzrə minimal test balı 80-ə, bəstəkarlıq 90-a endirilib. Təsviri sənət üzrə rəngkarlıq ixtisası üzrə minimal test balı 90-a, qrafika ixtisası üzrə minimal test balı 60-a, heykəltaraşlıq sənəti üzrə isə minimal test balı 50-ə qədər aşağı salınıb", - deyə M.Abbaszadə vurğulayıb.
Naxçıvan şəhərində keçirilən qabiliyyət imtahanlarına gəldiksə isə, TQDK sədri qeyd edib ki, orada təsviri sənət istiqamətində təsviri incəsənət və rəsmxətt ixtisası üzrə minimal test balı 130-a, müsiqi sənəti istiqamətində isə fortepiano və oskestr alətləri ixtisasları üzrə minimal test balı 90-a, müsiqişünaslıq ixtisasları üzrə minimal test balı 80-ə endirilib.

Kompüter insanda 9 mindən çox xəstəlik yaradır

Kompüter arxasında çox vaxt keçirmək insan səhhətində 9 mindən çox narahatlığa səbəb olur. SİA-nın məlumatına görə, bu tədqiqatı ABŞ-ın Ohayo ştatındakı "Nationvide" uşaq xəstəxanasının həkimləri aparıb. Tədqiqatda iştirak edən həkim Lara Makkenze əsas narahatlıqların kürək ağrıları və biləklərdə uyuşma kimi əlamətlər olduğunu söyləyib. Onun sözlərinə görə, bəzən kəsiklər, şişliklər, qırıqlara da rast gəlinir. Kompüterdən ən çox uşaqların təsirləndiyini vurğulayan Makkenze kiçik yaşdakı istifadəçilərin özlərinə görə böyük oturacaqlarda oturmamalarının vacib olduğunu qeyd edib.
Qeyd edək ki, kompüterlə bağlı xəstəliklər 1994-cü ildə yalnız 1267 ədəd olsa da, keçən 15 il ərzində bu ədəd sürətlə artır. Son 13 ildə yalnız ABŞ-da 1-83 yaş arasında olan 75 min nəfər kompüter istifadə etdiyinə görə, xəstəxanalarda müalicə alır.

Digər xəbərlər