PDF Oxu

Mədəniyyət

  • 7

“Zəlimxan” tammetrajlı sənədli filmi çəkilib

“Zəlimxan” tammetrajlı sənədli filmi çəkilib
"Salnamə" sənədli filmlər studiyası qədim Səmərqənd şəhərində Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illiyi ilə bağlı lentə alınan "Zəlimxan" tammetrajlı sənədli filminin çəkilişlərini aparmışdır.
Çəkilişlər, əsasən, böyük sərkərdə Əmir Teymurun dəfn edildiyi "Qur Əmir" məqbərəsində aparılmışdır. Zəlimxan Yaqubun da qatıldığı çəkiliş qrupunun üzvləri Səmərqəndin digər abidələrini ziyarət etmişlər.
Zəlimxan Yaqub demişdir: "Mən "Peyğəmbər" dastanında tarixdə iz qoymuş şəxsiyyətlərin bədii obrazlarını yaratmışam. Elə buna görə də, Səmərqəndə gəlib bu böyük sərkərdənin məqbərəsini ziyarət etməyi özümə borc bildim. Biz indiyədək Rusiya və Gürcüstanda çəkilişlər aparmışıq, Özbəkistandan sonra Qazaxıstan və Qırğızıstana da gedəcəyik. Geri qayıtdıqdan bir müddət sonra Türkiyə və İrana səfər etməyi planlaşdırırıq".
Onu da deyək ki, filmdə çəkilişlər aparılan ölkələrlə dövlətlərarası münasibətlər, dostluq ənənələri ön plana çəkiləcəkdir.
"Zəlimxan" filminin ssenari müəllifi Mövlud Süleymanlı və Aydın Dadaşov, rejissoru Tofiq Məmmədov, operatoru Elxan Rüstəmovdur.

Digər xəbərlər