İncəsənət Mərkəzinin Anglo-Kaspian Publishing Ltd.-nin Bakı və Londondakı HUMAY Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Müslüm Eldarov adına "Ənənə və müasirlik" Bakı-2009 Beynəlxalq Fotomüsabiqəsi keçirilir.
Bu, 2001 və 2005-ci illərdə Bakıda keçirilmiş eyniadlı müsabiqələrin ənənəvi davamıdır. Genişmiqyaslı mədəni layihənin həyata keçirilməsinin təşəbbüskarı bilavasitə rəssam və ictimai xadim, vətənpərvər insan Müslüm Eldarov (1956-2003) idi.
Foto sənəti həqiqətən bədii yaradıcılığın aydın və demokratik növü hesab edilir. Bu sənət növü peşə statusundan və sosial durumundan asılı olmayaraq insanlara fikir və ideyalarını bədii formada əks etdirməyə, baş verənlərə fərdi münasibətlərini sadə vasitələrlə bildirməyə imkan yaradır.
Müsabiqələrin məqsədi mədəniyyət və ümumən humanitar sahədə qazanılan təcrübənin yayılmasına və mübadiləsinə diqqəti artırmaq, xalqların və ölkələrin tərəqqisi naminə beynəlxalq qüvvələri səfərbər etməkdir. Təşkilatların və Azərbaycan Beynəlxalq Bankının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qazaxıstan Press-Klubunun sponsorluğu ilə baş tutan müsabiqədə iştirak etmək üçün tədbirin rəsmi web-saytında qeyd olunmaq zəruridir.
www.kaspian-photo.com. saytında yerləşdirilmiş müraciət blankını doldurmaq və şəkillərlə birgə təşkilat komitəsinin ünvanına göndərmək lazımdır. Müsabiqəyə rəngli və ağ-qara fotolar təqdim edilə bilər.
Müraciətlərin vaxtı oktyabrın 15-də başa çatacaqdır. Qaliblər 7 kateqoriyadakı A, B, C, D, E, F, G,H nominasiyaları üzrə müəyyənləşdiriləcəkdir.
Bundan əlavə, Təşkilat Komitəsi bu il müsabiqənin web-saytında yerləşdirilən fotoəsərlərin ən yaxşısını müəyyənləşdirmək məqsədilə onlayn (birbaşa) səsvermənin keçirilməsini planlaşdırmışdır. Səsvermə zamanı ən çox səs toplayan əsər qalib elan ediləcək, onun müəllifinə xüsusi mükafat və diplom veriləcəkdir.