PDF Oxu

Mədəniyyət

  • 8

Teatr festivalına start verilib

Teatr festivalına start verilib
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il mayın 18-də imzaladığı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində Gəncədə teatr festivalına start verilib.
Festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, görkəmli incəsənət xadimləri teatr sənətimizin yaxın 10 il ərzində inkişafına işıq salacaq bu proqramın əhəmiyyətindən danışmış, ümumilikdə, 14 teatr kollektivinin iştirak edəcəyi festivalın iştirakçılarına uğurlar arzulamışlar.
Açılış mərasimindən sonra tamaşaçılar Gəncə Dövlət Dram Teatrı kollektivinin Əli Əmirlinin "Varlı qadın", Gəncə Dövlət Kukla Teatrı kollektivinin Rafiq Səməndərin "Çətin məsələ" əsərləri əsasında hazırladıqları tamaşalara baxmışlar.
Festival iyunun 28-dək davam edəcək.

Digər xəbərlər