PDF Oxu

Mədəniyyət

  • 9

Mədəniyyət İnstitutunun kitabxanası zənginləşdirilib

Mədəniyyət İnstitutunun kitabxanası zənginləşdirilib
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, nazirlik tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutunun Kitabxanasına Azərbaycan dövlətçiliyi, tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatı, adət və ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında materiallarla zənginləşdirmək məqsədilə kitab və elektron nəşrlərdən ibarət kolleksiya göndərilmişdir.
Kolleksiyaya "Heydər Əliyev və mədəniyyət" 3 cildliyi, "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" 2 cildliyi, "Heydər Əliyev və Şərq. İKT dövlətləri", "İlham Əliyevin uğurlu ekoloji siyasəti", A.Mirzəzadə "Azərbaycan, zaman, inkişaf", "Armenian terror", "Khocaly: Martyrs and Witnesses", "Qarabagh war", "Kharabakh: yesterday and today" "Bizi əsirlikdən qurtarın. Release us from captivity", Əziz Ələkbərli "Qərbi Azərbaycan abidələri", "Prestuplenie armyanskix terroristiçeskix i banditskix formirovaniy protiv çeloveçestva (XIX-XXI vv.)", "National Parks of Azerbaycan", Cəfərqulu Rüstəmov "Qobustan - Azərbaycanın qədim mədəniyyət ocağı", "Monumentı Azerbaydjana", "Kitabi - Dədə Qorqud" və s. kitabları, habelə, "Azərbaycan Respublikasının Dövlət himni", "Azerbaijan motifs", "The cloth peddler", "O olmasın, bu olsun", "Kara Karayev. Selected works" elektron nəşrlər, CD və DVD və s. daxil edilmişdir.

Digər xəbərlər