PDF Oxu

Mədəniyyət

  • 12

“Güllərin harmoniyası” adlı fərdi sərgi

“Güllərin harmoniyası” adlı fərdi sərgi
İyunun 25-də Vəcihə Səmədova adına sərgi salonunda rəssam Firəngiz Hüseynovanın "Güllərin harmoniyası" adlı fərdi yaradıcılıq sərgisinin açılılış mərasimi olacaq. Azərbaycan Rəssamlar İttifaqının bölmə müdiri, əməkdar rəssam Ənvər Qarayevin verdiyi məlumata əsasən, Rusiyanın tanınmış müğənnisi, "Eurovision-2009" müsabiqəsinin final mərhələsinin aparıcısı Alsu Abramova da Firəngiz Hüseynovanın dəvəti ilə sərginin açılış mərasiminə qatılmaq üçün Bakıya gələcək. Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə iyunun 25-dən 28-dək davam edəcək sərgidə rəssamın 70-ə yaxın əsəri nümayiş olunacaq.

Digər xəbərlər