Pianoçuların Beynəlxalq Festivalı keçiriləcək
Pianoçuların Beynəlxalq Festivalı Azərbaycanın Qəbələ şəhərində keçiriləcək. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək festivalda ABŞ, Çin, Rusiya, İsrail və digər ölkələrdən tanınmış pianoçular iştirak edəcəklər.
Avqustun 13-dən 23-dək keçiriləcək festival çərçivəsində pianoçuların beynəlxalq müsabiqəsinin təşkili də nəzərdə tutulub. Müsabiqədə dünyanın bir sıra ölkələrindən gənc pianoçular öz güclərini sınayacaqlar. Müsabiqə qalibləri xüsusi mükafatlarla təltif olunacaqlar.
Beynəlxalq tədbirdə avqustun 17-də xalq artisti Fərhad Bədəlbəylinin konserti təşkil olunacaq, tanınmış pianoçu Boris Berezovski solo proqramla çıxış edəcək.