PDF Oxu

Mədəniyyət

  • 8

2010-cu ili “Frederik Şopen ili” elan edilib

2010-cu ili “Frederik Şopen ili” elan edilib
Dünya şöhrətli polşalı bəstəkar Frederik Şopenin 200 illiyinə həsr olunmuş konsert keçiriləcək. İyunun 20-də keçirilməsi nəzərdə tutulan konsert Bakı Musiqi Akademiyasının böyük salonunda baş tutacaq. Maraqlı repertuar əsasında təşkil olunmuş konsertdə Şopenlə yanaşı, Şostakoviç və Bethovenin əsərləri də ifa olunacaq. Bu il bütün dünya ölkələrində bəstəkarın yubileyi qeyd olunacaq. Belə ki, Polşa parlamenti 2010-cu ili "Frederik Şopen ili" elan edilib. Bununla əlaqədar 2009-2010-cu illərdə bütün dünyada bəstəkarın həyat və yaradıcılığına həsr olunan bir sıra mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər