Umm Külsüm və Muhamməd Abd El Vahhabın həyat və yaradıcılığına həsr edilmiş tədbir
Misir Mədəniyyət Mərkəzindən "Səs" qəzetinə verilən məlumata əsasən, iyunun 24-də Bakıdakı Misir Mədəniyyət Mərkəzində bu ölkənin tanınmış müğənnisi Umm Külsüm və bəstəkar Muhamməd Abd El Vahhabın həyat və yaradıcılığına həsr edilmiş tədbir keçiriləcək.
Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin və Misir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə səfir Sabir Əbdülqədir Mənsur, Mədəniyyət Mərkəzin direktoru professor Adel Darviş müğənninin və bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verəcəklər.
Maraqlı repertuar əsasında təşkil olunan tədbirdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nəzdindəki 39 saylı uşaq musiqi məktəbi şagirdlərinin ifasında Muhamməd Abd El Vahhabın, eləcə də "Nil çayı", "Asvan" mahnıları, Ümm Külsümün bir sıra mahnıları səsləndiriləcək.