PDF Oxu

Mədəniyyət

  • 11

Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə

Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə
AMEA-nın müxbir üzvü Azad Nəbiyevin "Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" adlı monoqrafiyası "Nurlan" nəşriyyat-poliqrafiya müəssisəsində çap olunmuşdur.
Monoqrafiyada AMEA-nın müxbir üzvü, professor A.Nəbiyevin son illərdə apardığı eksperimentlər əsasında oxşar mədəniyyətlərə yeni elmi baxış əks etdirən geneoloji nəzəriyyədən bəhs olunur. Nəzəriyyəyə görə oxşar mədəni dəyərlərin yaranması xalqların tarixi gen birliyi ilə bağlı olub müəyyən inkişaf mərhələləri keçmişdir. Monoqrafiyada geneoloji nəzəri baxışların müxtəlif elm sahələrində özünü göstərməsi, müxtəsər xülasə edildikdən sonra nəzəriyyənin meydana çıxma şəraiti, inkişaf mərhələləri açıqlanır. Burada, eyni zamanda, geneoloji nəzəriyyənin riyazi modeli, inkişaf xüsusiyyətləri və fazaları barədə geniş məlumat verilir, onun gələcək inkişafının mühüm perspektivləri, embrion və gen dəyərlərinin öyrənilmə başlanğıcı barədə bir sıra maraqlı mülahizələr irəli sürülür.
Nəzəriyyə respublika elmi ictimaiyyəti arasında və beynəlxalq aləmdə böyük marağa səbəb olmuşdur.
Təqdim edilən kitabçada oxşar dəyərlərə yeni baxışı əks etdirən universal geneoloji nəzəriyyə tam mətndə nəşr olunur.
Kitabın elmi redaktoru akademik Fuad Qasımzadədir.

Digər xəbərlər