Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanım” musiqili tamaşasının premyerası keçiriləcək
Azərbaycanda, ilk dəfə olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və "İrəli" İctimai Birliyinin dəstəyi, eyni zamanda, "İrəli" İctimai Birliyinin "Yaradıcı laborarotiyası" ilə Uşaq Teatrının birgə layihəsi əsasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycanım" adlı musiqili tamaşasının premyerası keçiriləcək. Tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rejissor assisenti Xatirə Süleymanova, musiqi tərtibatçısı Mahir İbrahimovadır. Rollarda Rüfət Mehman, Elvin Əhməd və Cavanşir Məhərrəmov çıxış edəcəklər.