Milli Qurtuluş Günü qeyd olundu
15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar Gəncənin mərkəzi meydanında klassik musiqidən ibarət konsert olmuşdur.
Yüzlərlə şəhər sakini ulu öndər Heydər Əliyevin buradakı abidəsinin qarşısına toplaşaraq Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışlarını böyük maraqla izləmişdir.
Orkestr xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Müslüm Maqomayevin, Tofiq Quliyevin və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etmişdir.