PDF Oxu

Mədəniyyət

  • 10

Mərakeş Krallığında akkreditə olunmuş ölkələrin səfirləri Azərbaycandadırlar

Mərakeş Krallığında akkreditə olunmuş ölkələrin səfirləri Azərbaycandadırlar
Mərakeş Krallığının "Diplomatiya Le Maroc Et Le Monde" adlı diplomatik jurnalının təklifi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mərakeş Krallığında akkreditə olunmuş xarici ölkələrin səfirləri və həmin jurnalın baş redaktoru Azərbaycana gəlmişlər.
Mərakeş Krallığında akkreditə olunmuş Avropa Komissiyasının və Yunanıstan, Portuqaliya, Tailand, Malayziya, Oman, Qətər, Mavritaniya, Bruney, Vyetnam, Banqladeş kimi ölkələrin səfirləri, həmçinin, Mərakeş Krallığının "Diplomatiya Le Maroc Et Le Monde" adlı diplomatik jurnalının baş redaktoru Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə görüş keçirmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, onlar ölkəmizdə səfərdə olarkən, Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında ətraflı məlumat toplamaq məqsədi ilə Quba-Xaçmaz bölgəsinə səfər edəcəklər. Mərakeş Krallığının "Diplomatiya Le Maroc Et Le Monde" adlı diplomatik jurnalı tərəfindən bu barədə geniş məqalə hazırlanacaq və həmin jurnalda çap olunacaqdır. Həmçinin, bundan əlavə bütün qeyd olunan ölkələrin mətbuat orqanları vasitəsi ilə respublikamız haqqında ətraflı məlumat hazırlanıb təbliğ olunacaqdır.

Digər xəbərlər