“Milli mətbəximizi qoruyaq”
Göyçayda "Uşaq ili" çərçivəsində "Milli mətbəximizi qoruyaq" devizi altında müsabiqə keçirilib.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı qadınlar şurasının, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məktəbli qızlar milli yeməklərin bişirilməsi sahəsində öz bacarıqlarını nümayiş etdiriblər.
Qədim milli yeməkləri müasir məktəblilərin gözü ilə görmək, onların əlləri ilə hazırlanan xörəklərin ləziz dadına baxmaq və qiymət vermək məqsədilə təşkil edilən müsabiqədə 15 məktəbin 100-ə yaxın şagirdi iştirak etmişdir.
Şagirdlər milli mətbəximizin ən ləziz incilərini ustalıqla bişiriblər. Hər məktəbin komandası onlar üçün ayrılmış süfrəni bəzəmiş və münsiflər heyətinin mühakiməsinə veriblər.
Münsiflər heyətinin üzvləri məktəbli qızlar tərəfindən süfrələrin yüksək zövqlə bəzədildiyini və milli yeməklərimizin çox keyfiyyətli və dadlı bişirildiyini vurğulamış, qalibi müəyyən etməkdə çətinlik çəkiblər. Təklif olunub ki, müsabiqənin bütün iştirakçıları mükafatlandırılmışdır.
Balaca aşpazlara qiymətli hədiyyələr verilmişdir.
Həmçinin, şagirdlərə Azərbaycanın milli yeməklərinin tarixi, hazırlanma qaydaları, bölgələrin özünəməxsus xörəkləri, milli şirniyyatlar və ədviyyat növləri ilə bağlı suallar verilmiş, qaliblər mükafatlandırılıb.