PDF Oxu

Mədəniyyət

  • 7

Beynəlxalq Uşaq Muğam Festivalına yekun vuruldu

Beynəlxalq Uşaq Muğam Festivalına yekun vuruldu
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Beynəlxalq Uşaq Muğam Festivalı qaliblərinin yekun konserti və mükafatlandırma mərasimi keçirildi. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin keçirdiyi festivalın yekun turunda 3 özbəkistanlı və 11 azərbaycanlı yeniyetmə iştirak edirdi.
Tədbirdə çıxış edən mərkəzin rəhbəri Rahib Rəsulzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev bölgələrdə gənc istedadların seçiminə cari ilin fevralından başlanıldığını bildirdi. Bölgələri əhatə edən müsabiqənin son seçim turu Bakı, Sumqayıt və Xırdalan şəhərlərində keçirilmişdir. On dörd ildir keçirilən müsabiqədə 16 yaşı tamam olmayan istedadlı yeniyetmələr iştirak edirlər. Müsabiqənin məqsədi istedadlı uşaqların üzə çıxarılmasına təkan verməkdir.
Çıxış edənlər son illər ölkəmizdə musiqiyə, xüsusilə də, muğamlarımıza göstərilən dövlət qayğısından, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən danışaraq, mədəniyyətimizin təbliği istiqamətində atılan hər bir addımı yüksək qiymətləndirdilər.
Qeyd olundu ki, ənənəvi muğam festivalının davamı olaraq bu ildən layihənin statusu dəyişdirilərək Beynəlxalq Uşaq Muğam Festivalı formatında həyata keçirilir. Növbəti ildən Özbəkistanla yanaşı misirli uşaqlar da bu yarışmada iştirak edəcəklər.
Münsüflər heyətinin qərarı ilə müsabiqənin final yarışlarında qalib gəlmiş istedadlı gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

Digər xəbərlər