PDF Oxu

Mədəniyyət

  • 13

Dərdimizin qan rəngi

Dərdimizin qan rəngi

Azərbaycan tarixinin  son illərdəki qısa bir tarixini ədəbiyyata gətirib onu poetikləşdirən, nəzmə çəkdiyi misralarla Azərbaycan həqiqətlərindən bəhs edən şair Ədalət Əsgəroğlu "Dərdimizin qan rəngi" adlı poemasında Xocalı faciəsini, onun xalqımıza gətirdiyi dəhşəti bədii boyalar vaitəsilə təqdim etmişdir. "Dərdimizin qan rəngi" poeması Xocalı faciəsinin 15 illiyinə həsr olunmuşdur. Poema dörd dildə çap edilib. Azərbaycan, rus, ingilis və türk dillərində təqdim olunan nəşrdə müəllif, sözün çalarları ilə fikrini məzmunlu ideyası əsasında təqdim edir.
Kitaba ön söz yazan Vaqif Yusifli müəllifin poemadakı fikirlərinə işıq salaraq onun fikir yükündəki fəlsəfi çalarları aydınlaşdırmağa çalışmışdır. O, qeyd edir ki, bu poemada son 20 ilin hadisələri dərdimizin qan rəngi obrazında metaforikləşib. Burada Qan obrazı Xocalının bütün dünyaya yayılan fəryadının, ahının, kədərinin simvoludur:   

... nə əsəb,
dərd deyirlər buna?
Yox, oğlum, dərd deyil bu!
Bu, müqəddəs bir can!
Ortalıqda dumduru qan
Axır... axır... axıracan...
Xocalıdan Bakıyacan,
Qan boyalı villalardan
Cana doymuş çadıracan.

Vaqif Yusifli qeyd edir ki, Ədalət Əsgəroğlu Qan obrazına yeni qan verib desək, yanılmarıq. Şair dərdimizin qan rəngini poeziyamızın qan rənginə çevirib.
Müəllif poemasında qan yaddaşımıza çevrilən Xocalı faciəsini fikir qatlarının dərinliklərində, ağıl və qəlbinin diqtəsində gəzdirdiyi zaman məsafəsində yaranmış fikirlərini nəzmə çəkib, onun unudulası, yaddan çıxarılası bir dərd olmadığını poetikləşdirir. "Bu millətə, bu torpağa olan qəsdlər ilahi söz istər, şair" - deyən Ədalət Əsgəroğlu əsrlərə dağ olan tökülən qanların bir millətin tarixində saldığı izi sözün qüdrəti ilə çağdaş ədəbiyyata gətirir.
Şairin ürək ağrısı ilə poeziyamıza gətirdiyi çalarların hər birində, onun xalqın qanını axıdan düşmənə qarşı qəzəb, nifrət, qisas hissi duyulur. Yaşı 15 olan vətən oğlunun obrazını poemaya daxil edən Ədalət Əsgəroğlu, qəhrəmanının dili ilə millətin mübarizə ruhunu, qəhrəmanlıq rəmzini incə bir formada təqdim edir. Südəmər körpə ikən Xocalı faciəsini yaşayan oğul indi vətən üçün döyüşkən ruhlu bir əsgərdir. Günahsız tökülən qanlar onu intiqama səsləyir. "Dövlətlər var azman-azman keçməz bir qarış qanından" - deyən vətən oğlu "Nəyə görə biz işğal olunan torpaqlarımız yolunda qan axıtmalıyıq" sualı ilə müraciət edir.
"Dərdimizin qan yaddaşı" poeması tariimizin qan yadaşından söz açır, insanlara qarşı törədilən haqsızlıqları dünya xalqlarına təqdim edir.

Digər xəbərlər