Azərbaycan Dövlət Muğam Teatrının 20 illik yubileyi qeyd olunacaq
Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Muğam Teatrının yaradılmasının 20 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Teatrın bədii rəhbəri Arif Qazıyevin məlumatına əsasən, mayın 26-da keçiriləcək tədbirda rəsmi təşkilatların, Azərbaycan Dövlət Akademik Opera və Balet, Pantomima teatrlarının, Dövlət Rəqs Ansamblının Muğam Teatrına ünvanlanmış təbrikləri səsləndiriləcək. Eyni zamanda, rəqs qrupunun ifasında maraqlı nömrələr, "Bakılı oğlanlar", "Bu şəhərdə"nin yumoristik proqramları nümayiş etdiriləcək, tanınmış incənət ustalarının ifasında xalq, bəstəkarlıq mahnıları və muğamlar ifa olunacaqdır.