PDF Oxu

Mədəniyyət

  • 2

Beynəlxalq Kukla Teatrları Festivalına start verilib

Beynəlxalq Kukla Teatrları Festivalına start verilib
Estoniyanın Vilyandi şəhərində Beynəlxalq Kukla Teatrları Festivalı açılıb. Estoniyada fəaliyyət göstərən Eston-Azərbaycan Kukla Teatrı festivala Rauf Avşarın "Ölüm rəqsi" tamaşası ilə qatılıb. Bundan başqa, həmin teatrın dəvəti ilə Azərbaycanın Qax rayonunda fəaliyyət göstərən Dövlət Kukla Teatrı da festivalda iştirak edir. Qax Kukla Teatrının festivalda iştirakını Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi maliyyələşdirib. Teatr festivalda "Tülkünün uçuşu" tamaşasını nümayiş etdirəcək. Tamaşanın rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi İsako Zeynalaşvilidir. Tədbirdə Polşa, Latviya, Litva və digər ölkələrin kukla teatrları da iştirak edir. Festival mayın 24-də başa çatacaq.

Digər xəbərlər