PDF Oxu

Mədəniyyət

  • 9

“Dədə Qorqud” tarixi filmi tacik dilində nümayiş olunub

“Dədə Qorqud” tarixi filmi tacik dilində nümayiş olunub
Azərbaycan kinematoqrafiyasının şah əsərlərindən biri olan "Dədə Qorqud" tarixi filmi, tacik dilinə dublyaj edilərək, ölkənin "Safina" televiziya kanalında göstərilib.
Əsəri Azərbaycan dilindən jurnalist Nərgiz Raxmatşoyeva və Düşənbədəki "Dostluq" Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Müslüm Həmidov tərcümə ediblər. Bundan əvvəl tərcüməçilər "Nəsimi" və "Babək" filmlərini tacik dilinə çeviriblər. "Nəsimi" filmi "Şabakai avval" televiziya kanalında, sonra isə ayrı-ayrı vaxtlarda "Safina" və "Paytaxt" telekanallarında nümayiş etdirilib. "Babək" filmi də dublyaj olunub "Şabakai avval" kanalında göstərilib.
Nərgiz Raxmatşoyeva artıq Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmovun "Xəcalət" dramını da tacik dilinə tərcümə edib və əsər Lahuti adına Tacikistan Dövlət Dram teatrında tamaşaya qoyulacaqdır.

Digər xəbərlər