PDF Oxu

Mədəniyyət

  • 5

Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert

Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert
Kanadanın Kvebek əyalətinin Rusdilli İcmalar Konqresi SSRİ xalq artisti, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş "Lyubov moya-Melodiya" adlı konsert təşkil etmişdir. Monreal şəhərindəki "Salle de l’Ermitage" konsert zalında M.Maqomayevin repertuarından olan mahnıları müğənni Boris Kletiniç ifa etmişdir.
Tədbirdə Azərbaycanın və Rusiyanın Kanadadakı səfirliklərinin əməkdaşları, Kvebek əyalətinin rusdilli və Azərbaycan icmalarının nümayəndələri iştirak etmişlər. Konsertdə hər iki ölkə səfirliyinin əməkdaşları çıxış etmiş, görkəmli Azərbaycan müğənnisinin milli və dünya incəsənətinə verdiyi töhfələrdən danışmış, M.Maqomayevin xatirəsinin keçmiş SSRİ xalqlarının yaddaşına əbədi həkk edildiyini və onun heç zaman unudulmayacağını vurğulamışlar.
Xatirə gecəsində, həmçinin, M.Maqomayevin hazırda Moskvada yaşayan qızı Marina Maqomayevanın konsert iştirakçılarına göndərdiyi videomüraciət göstərilmişdir. Marina Maqomayeva uzaq Kanadada onun atasının xatirəsinə həsr olunmuş tədbirə görə təşkilatçılara təşəkkürünü bildirmişdir

Digər xəbərlər