PDF Oxu

Mədəniyyət

  • 9

Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan

Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan
Uşaq rəsm qalereyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunan "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsinə yekun vurulub. Bununla əlaqədar keçirilən sərgidə bildirilib ki, müsabiqə mütəmadi təşkil olunur. Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üzrə keçirdiyi müsabiqədə 400-dən çox rəsm əsəri nümayiş olunub. Müsabiqə əvvəl rayon, şəhər, sonda isə respublika üzrə keçirilib. Rəssamlıq Akademiyasının müəllimlərindən ibarət münsiflər heyəti 250 rəsm əsərindən 18-ni mükafata layiq görüb. Nominasiyalar əsasən, 9-11, 12-14 və 15-17 yaş qrupları arasında müəyyənləşib. Sərgi isə iki gün davam edəcək.

Digər xəbərlər