PDF Oxu

Mədəniyyət

  • 8

54-cü “Eurovision” müsabiqəsində 42 ölkə təmsil olunur

54-cü “Eurovision” müsabiqəsində 42 ölkə təmsil olunur
Moskvada "Eurovision-2009" müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Araşın ikinci məşqi keçirilib. Məşqdən sonra mətbuat konfransı təşkil olunub.
Azərbaycan təmsilçiləri məşqləri zamanı Rusiyanın baş naziri Vladimir Putini zalda görüncə təəccübləniblər. Həmin vaxt Eurovision-2009 müsabiqəsinin keçiriləcəyi "Olimpiya mərkəzi"nə baş çəkib, müsabiqəyə hazırlığın vəziyyəti ilə tanış olan Rusiya baş naziri Azərbaycan təmsilçilərinin məşq etdikləri zala da daxil olub. O, Azərbaycan təmsilçiləri ilə görüşərək, onlara fəaliyyətində uğurlar arzulayıb.
Aysel və Araş bu görüşdən həyəcanlandıqlarını da deyiblər. Azərbaycan təmsilçisi Aysel Teymurzadə səhnəyə çıxanda, hələ də həyəcanlı olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanı "Eurovision-2009" müsabiqəsində təmsil edən Aysel Teymurzadə və Araş mayın 14-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcəklər. Azərbaycan təmsilçiləri bu müsabiqədə "Always" mahnısını ifa edəcəklər.
Mayın 12-də müsabiqənin birinci yarimfinalı, 16-da isə final mərhələsi keçiriləcək. Bu il 54-cü dəfə keçirilən "Eurovision" müsabiqəsində 42 ölkə təmsil olunur.
Qeyd edək ki, bu ilin sentyabrında Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Eurovision-2009" rəqs müsabiqəsi keçiriləcəkdir.
Müsabiqədə 16 ölkənin idman rəqqasları itirak edəcək. Həmin müsabiqənin aparıcısı dünya şöhrətli ulduzlar - Madonna və yaxud Cenifer Lopesin olması nəzərdə tutulub. Azərbaycan "Eurovision" rəqs yarışmasında ilk dəfə ötən il iştirak etmişdir. Qlazqo şəhərində keçirilən müsabiqədə Eldar Cəfərov və Anna Sajina cütlüyü beşinci yeri tutmuş, sonra isə onlar Azərbaycana dünya çempionatının qızıl medalını gətirmişdilər.
Avropa Yayım Birliyinin qərarına görə, "Eurovision-2009" rəqs yarışması dünya ölkələrinə yayımlanacaq, avropalılar televiziya qarşısında əyləşərək iştirakçılara səs verəcəklər.

Digər xəbərlər