PDF Oxu

Mədəniyyət

  • 7

“Naxçıvan ağzı” monoqrafiyası Monoqrafiyada Naxçıvan Muxtar Respublikasının xəritəsi verilib

“Naxçıvan ağzı” monoqrafiyası Monoqrafiyada Naxçıvan Muxtar Respublikasının xəritəsi verilib
Türk Dil Qurumunda Azərbaycan və Türkiyə alimlərinin birgə hazırladığı 734 səhifədən ibarət olan "Naxçıvan ağzı" monoqrafiyası elmi ictimaiyyətin müzakirəsinə təqdim edilib. Monoqrafiyanın müəllifləri AMEA-nın müxbir üzvü Əbülfəs Quliyev, Türkiyə alimlərindən doktor Tuncer Gülensoy və doktor Paki Küçükerindir.
Qeyd edək ki, Naxçıvan dialektinə aid ilk kitab Azərbaycanda 1962-ci ildə, Azərbaycan dialektologiyasından bəhs edən ikicildlik "Azərbaycan dilinin dialektoloji lüğəti" adlı kitab Türk Dil Qurumu tərəfindən bir neçə il öncə Ankarada (Türkiyə) nəşr olunmuşdur. Bu baxımdan, Türkiyədə ilk dəfə nəşr olunan irihəcmli monoqrafiyanın böyük elmi əhəmiyyəti var.
Üç əsas bölmədən ibarət olan monoqrafiyanın bölmələrindən birində bölgədən böyük zəhmətlə toplanmış zəngin şivə materialları öz əksini tapıb.
Monoqrafiyanın bir bölməsi leksik və qrammatik vahidlərin, yəni söz və şəkilçilərin lüğətini, indeksini təşkil edir.
Kitabın sonunda Naxçıvan Muxtar Respublikasının xəritəsi verilib.

Digər xəbərlər