PDF Oxu

Mədəniyyət

  • 4

Fridrix Şopenin 200 illik yubileyinə həsr olunmuş gecə

Fridrix Şopenin 200 illik yubileyinə həsr olunmuş gecə
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi Polşa bəstəkarı F.Şopenin anadan olmasının 200 illiyinə həsr edilmiş konsert olmuşdur.
Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bildirmişdir ki, F.Şopenə həsr olunan konsertdə çıxış etməkdən və Bakı tamaşaçılarına tanınmış pianoçu Stanislav Deyanı tanıtmaqdan qürur duyuram. Şopen İli üzrə komitəyə qoşulmağa razılıq vermiş tərəfdaşlarımıza - Heydər Əliyev Fonduna, Azərbaycan Dövlət Filarmoniyasına və Bakı Musiqi Akademiyasına ilk birgə tədbirin təşkilində fəal iştirak və təşəbbüs göstərdiklərinə görə minnətdarlığımı bildirirəm. İnanıram ki, Şopen İli ərzində bu sahədə əməkdaşlığımız səmərəli olacaqdır.
Vurğulanmışdır ki, bu tədbir həm də Polşa parlamentinin qərarı ilə müxtəlif konsertlər, seminarlar və sərgilər çərçivəsində Azərbaycanda və dünyanın hər yerində qeyd olunacaq. F.Şopen İlinə qeyri-rəsmi start verəcəkdir.
Konsertdə beynəlxalq müsabiqələr laureatı Stanislav Deyanın ifasında dahi bəstəkarın əsərləri səsləndirilmişdir.

Digər xəbərlər