PDF Oxu

Mədəniyyət

  • 2

Ulu öndər Heydər Əliyev uşaqların gözü ilə

Ulu öndər Heydər Əliyev uşaqların gözü ilə
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Şəki Dövlət Rəsm Qalereyasında " Heydər Əliyev uşaqların gözü ilə " adlı rəsm sərgisi açılıb.
Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və incəsənət həvəskarlarının qatıldıqları tədbirdə icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov çıxış edərək, sərginin ulu öndərin doğum günü ilə əlaqədar Şəkidə həyata keçirilən silsilə tədbirlərdən biri olduğunu nəzərə çatdırmış, ümummilli liderimizin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərindən bəhs etmişlər. Tədbirdə qeyd edilmişdir ki, ulu öndərin xatirə günləri və "Uşaq ili" çərçivəsində təşkil olunan bu sərgi, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması və inkişaf etdirilməsinə müsbət təsir göstərəcək.
Daha sonra sərgiyə baxış olmuşdur. Sərgi-müsabiqədə Şəki uşaq incəsənət məktəbi və uşaq yaradıcılıq mərkəzinin 26 balaca rəssamının ulu öndərə həsr etdikləri sulu boya ilə işlənmiş 50 rəsm əsəri nümayiş etdirilmişdir.
Qeyd edim ki, sərgi mayın 10-dək davam edəcəkdir.

Digər xəbərlər