PDF Oxu

Mədəniyyət

  • 13

Heydər Əliyev və Azərbaycan kinosu

Heydər Əliyev və Azərbaycan kinosu
Dövlət Film Fondunun yeni binasında keçirilən ilk tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunacaq. Mayın 6-da burada "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda konfrans keçiriləcək. Çıxışçılar ötən əsrin son 30 ili ərzində və yeni əsrin əvvəlində ulu öndərin milli kino üçün kadrların hazırlanması, kinostudiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə gördüyü işlər, onun dövründə, bəzi hallarda bilavasitə Onun təşəbbüsü ilə yaradılan filmlər haqqında bəhs edəcəklər. Foyedə mövzuya aid foto-sərgi açılacaq. Sonda xalq artisti Vaqif Mustafayevin Heydər Əliyevə həsr olunmuş məşhur sənədli seriyalından "Əsil məhəbbət haqqında" filmi nümayiş etdiriləcək.

Digər xəbərlər