PDF Oxu

Mədəniyyət

  • 12

“Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” kitabının təqdimat mərasimi keçirilib

“Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycanın Özbəkistandakı səfirliyi Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat İnstitunun elmi işçisi, filologiya elmləri namizədi Almaz Ülvinin Bakıda çapdan çıxmış "Azərbaycan-özbək ədəbi əlaqələri" monoqrafiyasını və tərtib etdiyi "Nəvai Azərbaycan ədəbiyyatşünaslığında" kitabının təqdimat mərasimini keçirmişdir.
Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri iştirak etmişlər.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov ölkələrimiz arasında əməkdaşlığın inkişafından danışmış, humanitar sahədə əlaqələrin dərinləşdiyini qeyd etmişdir. Səfir "Azərbaycan-özbək ədəbi əlaqələri" və "Nəvai Azərbaycan ədəbiyyatşünaslığında" kitablarının ədəbi əlaqələrimizin inkişafında əhəmiyyətini vurğulamışdır.
O bildirmişdir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Əlişir Nəvai adına dövlət kitabxanasına 100 adda kitab göndərmişdir. Onların arasında ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər vardır.
Səfirliyimizin dəvəti ilə Daşkəndə gələn Almaz Ülvi kitabların məziyyətlərindən danışmışdır. O, qeyd etmişdir ki, monoqrafiyada Azərbaycan-özbək ədəbi əlaqələrinin 600 illik tarixi izlənir, poeziya, nəsr və dramaturgiya sahəsində yaradıcılıq münasibətləri ətraflı araşdırılır. İkinci kitabda isə Azərbaycan alimləri və ədəbiyyatşünaslarının Əlişir Nəvai ilə əlaqədar müxtəlif dövrlərdə yazılmış məqalələri yer almışdır.
Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru Suyma Qəniyeva, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov, Əlişir Nəvai adına dövlət kitabxanası direktorunun müavini İrina Məmmədova və b. humanitar sahədə əlaqələrimizin daha da dərinləşdirilməsinin vacibliyinə toxunmuşlar.
Sonra söz musiqiyə verilmişdir. Bakıda keçirilən Muğam Festivalında birinci yeri tutmuş Yulduz Tirdiyeva və Daşkənddə yaşayan soydaşımış Yusif Əliyev birgə "Qarabağ şikəstəsi" oxumuş, sonra Azərbaycan və özbək dilində mahnılar ifa edilmişdir.

Digər xəbərlər