PDF Oxu

Mədəniyyət

  • 9

Bu il Naxçıvanda “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpozium keçiriləcək

Bu il Naxçıvanda “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpozium keçiriləcək
Azərbaycan və dünya elminin tanınmış simalarının iştirak edəcəyi simpoziumda, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, AMEA Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev, Türkiyədən prof Yaşar Kalafat, Rusiyadan prof Elfina Sibqatullina, İrandan dos Qədir Güldikən çıxış edəcəklər. Alimlər dünya tarixində Naxçıvanın yeri, Nuh tufanı fəlsəfəsi və onun Naxçıvanla bağlılığı, Nuh türbəsinin tarixi mənbələrdəki yeri haqqında ətraflı və elmi əsaslara söykənən məruzələr edəcəklər.
Sonra simpozium öz işini bölmə iclasları üzrə davam etdirəcəkdir. İki gün davam edəcək iclaslarda "Nuh peyğəmbər və dünya tufanı", "Nuh peyğəmbər və Gəmiqaya təsvirləri", "Dünya tufanı və Naxçıvan abidələri" mövzuları ətrafında müzakirələr aparılacaqdır. Bölmə iclaslarında AMEA Naxçıvan bölməsinin əməkdaşları ilə yanaşı, Azərbaycanın tanınmış elm xadimləri, Türkiyə, İran və Misirdən gələn şərqşünas alim və filoloqlar iştirak edəcəklər.
Tədbirdə iştirak edən qonaqların Nuh peyğəmbərin məzarüstü türbəsi, şəhərin tarixi yerləri ilə tanışlığı və Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə səfərləri də nəzərdə tutulmuşdur.

Digər xəbərlər