PDF Oxu

Mədəniyyət

  • 8

Alman heykəltəraşı və qrafikinin əsərləri nümayiş olunacaq

Alman heykəltəraşı və qrafikinin əsərləri nümayiş olunacaq
Aprelin son günündə bakılıları, təsviri sənət həvəskarlarını məşhur alman heykəltəraşı və qrafiki Bernard Lemman ilə maraqlı görüş gözləyir. Heykəltəraşın əsərlərindən ibarət sərgi "Qız qalası" bədii qalereyasında nümayiş etdiriləcəkdir. Sərgiyə gələnlər ustadın on heykəltəraşlıq və 15 qrafik üsulla çəkilmiş əsərlərinə tamaşa edəcəklər. Heykəltəraşlıq əsərləri, çox güman ki, xüsusi maraq doğuracaqdır. Onların arasında xüsusi texnika ilə hazırlanmış, rus dilinə tərcümədə "külək plastikliyi" adlanan elə heykəltəraşlıq əsərləri var ki, onlar küləyin hərəkətindən yaranan zəng səsini xatırlatmaqla diqqəti cəlb edir. Bununla əlaqədar, təqdim olunan bir neçə əsər qalereyanın ətrafında, açıq səma altında nümayiş etdiriləcək.

Digər xəbərlər