PDF Oxu

Mədəniyyət

  • 5

Mehdi Hüseynin 100 illik yubileyi qeyd olunub

Mehdi Hüseynin 100 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli yazıçı və dramaturq Mehdi Hüseynin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edən universitetin rektoru Yusif Məmmdov yazıçının həyat və yaradıcılığına qısaca nəzər salmışdır.
O bildirmişdir ki, ədəbiyyat tariximizin inkişafında yüksək ixtisaslı filoloq kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri olan ədib, hələ çox gənc yaşlarından yazdığı əsərlərlə böyük nüfuz qazanmışdır. Əsərləri bir çox xarici dillərə tərcümə olunmuş Mehdi Hüseyn, həm də tənqid və publisistika sahələrində uğurla fəaliyyət göstərmişdir.
Tədbirdə çıxış edən digər natiqlər də Mehdi Hüseynin elm və mədəniyyətimizin inkişafında göstərdiyi misilsiz xidmətlərdən söhbət açmışlar. Qeyd olunmuşdur ki, onun klassik ədəbi irsə münasibət məsələlərinə, ədəbiyyatımızın mühüm problemlərinə həsr olunmuş məqalələri dərin elmi-nəzəri səviyyəsi ilə seçilmişdir.

Digər xəbərlər