PDF Oxu

Mədəniyyət

  • 5

Eyyub Quliyev Koşalin Dövlət filarmonik orkestri ilə birgə konsert vermişdir

Eyyub Quliyev Koşalin Dövlət filarmonik orkestri ilə birgə konsert vermişdir
Polşanın Koşalin şəhərində Stanislav Monyuşka adına Dövlət Filarmoniyasının böyük zalında Azərbaycanın tanınmış musiqiçiləri - xalq artisti, "Şöhrət" ordeni ilə təltif olunmuş tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, dirijor Əyyub Quliyev bu ölkənin məşhur Koşalin Dövlət filarmonik orkestri ilə birgə konsert vermişlər.
Əyyub Quliyevin dirijorluğu ilə orkestr dahi alman bəstəkarları R.Vaqnerin "Loengrin" operasının I pərdəsinə "Giriş"i və Bethovenin 7 - ci simfoniyasını ifa etmişdir. Professor Ramiz Quliyevin ifasında Azərbaycan bəstəkarları Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün 1 saylı konserti və Həsən Rzayevin "Cahargah" rapsodiyası səsləndirilmişdir.
Aprelin 24-də isə Polşanın Çestokova şəhərinin Dövlət Filarmoniyasında dahi alman bəstəkarı F.Mendelsonun anadan olmasının 200 illiyinə həsr olunmuş təntənəli konsert keçiriləcəkdir. Bu konserti də dirijor Əyyub Quliyev idarə edəcəkdir. Solist məşhur skripkaçı Darlinq Dayl (İngiltərə) olacaqdır.

Digər xəbərlər