PDF Oxu

Mədəniyyət

  • 11

Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir keçirilib

Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir keçirilib
Türkiyənin Strasbuqdakı konsulluğu və Türk Valideynlər Təşkilatı Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə şəhərin ən möhtəşəm konsert salonu "Pale de Fet"də maraqlı tədbir keçirmişlər. Türk və fransız rəsmlərinin, Strasburq ictimaiyyətinin nümayəndələrinin, ali təhsil ocaqlarının müəllim və tələbə kollektivlərinin, türk və Azərbaycan diasporunun təmsilçilərinin iştirak etdiyi tədbirdə türk dünyası ölkələrinin mahnı və rəqsləri səslənmişdir.
Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin təşəbbüsü ilə bu tədbirdə ölkəmiz şeir, mahnı və rəqslərlə təmsil olunmuşdur. Gənc soydaşımız Cavidan Şabanlı Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirini bədii qiraət etmişdir. Cavidan Şabanlı və gənc türk qızı Şeyma Ortanca xalq mahnımız "Ay bəri bax", Strasburq Universitetinin tələbələri Laçın Bayramova və Şahin Hüseynli milli rəqslərimizdən nümunələrini məharətlə ifa etmişlər. Onların çıxışları böyük maraq doğurmuş, tamaşaçılar onları sürəkli alqışlarla dəfələrlə səhnəyə qayıtmağa məcbur etmişlər.

Digər xəbərlər