PDF Oxu

Mədəniyyət

  • 8

Respublika kulturoloji seminarı keçiriləcək

Respublika kulturoloji seminarı keçiriləcək
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun təşkilatçılığı ilə "Azərbaycanda təbabət mədəniyyəti: insanların müalicəsinə ənənəvi və qeyri-ənənəvi yanaşmalar" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. Aprelin 25-də "İrşad" hotelində baş tutacaq seminarda filologiya elməri namizədi Samirə Mirbağırzadənin "Əsas təbabət təlimlərinin gözdən keçirilməsi", tibb elmləri namizədi Əlfəddin Abdullayevin "Ənənəvi təbabət: mahiyyəti və insanın müalicəsi imkanları", Seyfəddin Əsədovun "Qeyri-ənənəvi mədəniyyət: arılar, zəlilər, ilbizlər, bitkilər və başqa üsullarla müalicə", professor Tahir Əmiraslanovun "Qida mədəniyyəti insan sağlamlığının əsası kimi", həkim Əli Nağıyevin "Qədim hind və Çin təbabətinə fəlsəfi baxış" mövzularında məruzələri dinləniləcəkdir. Seminarın məqsədi Azərbaycanda əhalinin maarifləndirilməsi və onlarda tibb mədəniyyəti ilə bağlı fikirləri formalaşdırmaqdır. Tədbirdən sonra mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçiriləcək. Dəyirmi masada "Təbabət debatları: sağlamlıq və uzunömürlülüyə aparan həqiqi yol" mövzusunda fikir mübadiləsi aparılacaqdır. İnsanların sağlamlığı, onların orqanizmə daxil olan qida məhsullarından, eləcə də, müalicə məqsədi ilə istifadə etdikləri təbii üsullarından söz açılacaq və müasir dövrümüzdə əhalinin sağlamlığına mənfi təsirini göstərə biləcək amillərin zərərli tərəflərinə diqqət yetiriləcəkdir.

Digər xəbərlər