PDF Oxu

Mədəniyyət

  • 7

“Vəcihə Səmədova” kitabının təqdimat mərasimi keçirildi

“Vəcihə Səmədova” kitabının təqdimat mərasimi keçirildi
Dünən "Park Hyatt Baku’’ mehmanxanasında Azərbaycanın ilk professional qadın-rəssamı Vəcihə xanım Səmədova haqqında kitab təqdimatı oldu. Tədbirdə eyni zamanda, onun rəsm sərgisi də sənətsevərlərə nümayiş, etdirildi onlardan bir neçəsi satışa çıxarıldı.
Vəcihə Səmədova - Azərbaycanın rəsm tarixində dərin iz qoymuş rəssamlardan biridir. İncəsənət aləmində onun adı hər zaman böyük hörmətlə çəkilir. Xatirələrdə o, mükəmməl, təkrarsız bir rəssam, öz sənətinin vurğunu olan bir sənətkar kimi tanınmışdır. Bu gün onun yumşaq xasiyyəti, vüqarlı görkəmi, cazibəli təbəssümü, səmimiyyəti barədə səmimiliklə söhbət açılır. Vəcihə xanım, sözün həqiqi mənasında, Azərbaycan ziyalılarının layiqli nümayəndəsi, fəxr ediləcək bir insan idi.
"Vəcihə Semədova" adlı kitab tam olaraq xalq rəssamının həyat və yaradıcılığına həsr olunub. Burada oxucu onu Vəcihə xanımın həyat və yaradıcılığı barədə maraqlandıran hər bir suala cavab tapa bilər.
Rəssamın və naşirin ailəsi bu layihənin ərsəyə gəlməsində həm yaradıcı töhfəyə, həm də maddi dəstəyə görə Ülviyyə xanım Qasımovaya dərin minnətdarlığını bildirdi.
"Xalq rəssamı Vəcihə xanımın vətənimizə, xalqımıza göstərdiyi dəyərli əməyin əvəzində gördüyümüz bu işlər, əslində, çox kiçikdir. Biz çalışacağıq ki, hər zaman olduğu kimi bundan sonra da belə layihələri daim dəstəkləyək və gələcək nəsillərə Azərbaycanın tarixində əvəzsiz rolu olan şəxsiyyətləri tanıdaq " - deyə Ülviyyə xanım bildirmişdir.
Qeyd edək ki ,Ülviyyə Qasımova Azərbaycanda 4 ilə yaxındır ki, dərc olunan Worfd of Azerbaijan, Azərbaycanda qədim Odlar Yurdunun tarixi, bugünü və gələcəyi haqda xəbər verən yeganə jurnalın baş redaktorudur. Jurnalın əsas məqsədi Azərbaycanın siyasət, iqtisadiyyat və sosial sahədə qazandığı uğurlarla əcnəbi oxucuları yaxından tanış etmək, Azərbaycanda baş verən inkişaf və uğurlar haqqında xaricdə yaşayan soydaşlarımıza məlumat verməkdir.

Digər xəbərlər