PDF Oxu

Mədəniyyət

  • 12

Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi

Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi
Bu gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" qəzetinin redaksiyası tərəfindən keçirilmiş "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.
Artıq ənənəvi şəklini  alan müsabiqənin məqsədi, respublikanın kütləvi informasiya vasitələrində mədəniyyət mövzusunun geniş və yüksək peşəkarlıqla işıqlandırılmasına, mədəni sərvətlərin, yaradıcı insanların həyatının və yaradıcılıq prosesinin yeni forma və üslublarla əks etdirilməsinə nail olmaq, ölkə jurnalistlərini bu işə daha məqsədyönlü cəlb etməkdən ibarətdir.
Ötən ilin ikinci yarısından start götürmüş müsabiqəyə respublikanın müxtəlif televiziya və radio, qəzet və jurnallarından 120-ə yaxın iş təqdim olunmuşdur. Tanınmış yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti bu dəfə də daxil olmuş işlərə son dərəcə həssas və obyektiv yanaşma nümayiş etdirərək, müsabiqənin tələblərinə tam uyğun gələn jurnalist işlərini müvafiq nominasiyalarda müəyyənləşdirmişlər. Həmkarlarımızın diqqətinə yetirmək istəyirik ki, seçim zamanı mədəniyyət mövzularının işıqlandırılmasında davamlı və dinamik fəaliyyət nümayiş etdirən müəlliflərə üstünlük verilmişdir.

Digər xəbərlər