Milli Kitabxana Direktorları Şurasının II konfransı keçiriləcək
Aprelin 20-21-də M.F.Axundov adına Milli Kitabxanada "Bakı İslam mədəniyyətinin paytaxtı - 2009" tədbirləri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin Milli Kitabxana Direktorları Şurasının II konfransı keçiriləcəkdir.
I Konfrans 2007-ci ildə Tehranda keçirilmiş və təşkilati məsələlər müzakirə edilmişdir. Bakıda keçiriləcək II konfransın əsas məqsədi qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun milli kitabxanaların təşkili və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsidir. Konfrans Türkiyə, İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan ölkələrinin Milli Kitabxana Direktorlarının və İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Mədəniyyət İnstitutunun iştirakı ilə keçirələcəkdir.