Hüseyn Cavid yaradıcılığının gənc nəslin tərbiyəsində rolu
Aprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyasında "Hüseyn Cavid yaradıcılığının gənc nəslin tərbiyəsində rolu" adlı dəyirmi masa keçiriləcək. Dəyirmi masada cavidşünaslarla yanaşı, gənc alimlər və tələbələr də iştirak edəcək. Dəyirmi masa "Cavid, həm şəxsiyyəti, həm də yaradıcılığı ilə nəsillərə örnəkdir" devizi altında keçiriləcək. Maraqlananlar AMEA Hüseyn Cavidin ev-muzeyilə əlaqə yarada bilərlər.