PDF Oxu

Mədəniyyət

  • 4

“Qıyma gözəlliyə” adlı şeir kitabı çapdan çıxıb

“Qıyma gözəlliyə” adlı şeir kitabı çapdan çıxıb
AMEA Geologiya İnstitutunun əməkdaşı, "Qızıl qələm" və "Vətən" mükafatları laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudovun "Qıyma gözəlliyə" adlı şeir kitabı "SSPrint" nəşriyyatı tərəfindən çap olunmuşdur.
Geokimya, Vulkanologiya və Ekologiya sahələri üzrə tanınmış mütəxəssis olan H.Mahmudov 130-dan çox elmi əsərin, 15 elmi kitabın, 9 monoqrafiyanın, 4 dərslik və dərs vəsaitinin, habelə, 7 müəlliflik şəhadətnaməsinin və səmərələşdirici təkliflərin müəllifidir. O, həmçinin, Yazıçılar Birliyinin üzvüdür.
H.Mahmudovun imzası ilə 7 şeirlər kitabı, o cümlədən, 10 poema çap olunmuşdur. Onun bir çox şeirləri türk, rus, alman, bolqar, gürcü, fars və digər dillərə tərcümə edilmişdir. Şairin 200-dən çox oçerki, publisistik əsərləri və elmi-kütləvi məqalələri oxucuların ixtiyarına verilmişdir.
"Qıyma gözəlliyə" adlı şeirlər kitabında "Demə şair qocaldı", "Babadağım dərdlidir", "Gül-çiçəkdi balalar", "Bu dünya gördüyün o dünya deyil", "Öyüdnamə", "Məhəbbət yaşa baxmır", "Bayatılar", "Çiçəklərin bəhsi" başlığı altında şeirləri və poemaları verilmişdir.
Qeyd edim ki, kitabın redaktoru xalq şairi Nəriman Həsənzadədir.

Digər xəbərlər