PDF Oxu

Mədəniyyət

  • 14

“Eurovision-2009” mahnı müsabiqəsinə ciddi hazırlıq görülür

“Eurovision-2009” mahnı müsabiqəsinə ciddi hazırlıq görülür
Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək "Eurovision-2009" mahnı müsabiqəsinin səhnəsi üzərində ciddi hazırlıq işləri gedir. Müsabiqənin rəsmi internet saytına istinadən səhnənin hazırlığına Moskva və Londondan mütəxəssislər cəlb ediliblər.
Müsabiqənin keçiriləcəyi "Olimpiyski" İdman Kompleksində Londondan gələn qrafik dizayner Cohn Casey bütün ölkə təmsilçiləri üçün səhnə dizaynı hazırlayır. Yaxın günlərdə müsabiqədə lazım olan bütün avadanlıqlar - işıq, səs, səhnə elementləri böyük yük maşınları ilə Londondan Moskvaya gətiriləcəkdir. Səhnədə quraşdırılan konstruksiya 4 km-lik dəmirdən ibarətdir. Səhnənin müsabiqədən bir neçə gün əvvəl hazır olması üçün mütəxəssislər gecə-gündüz çatlışırlar.
Qeyd edək ki, "Eurovision-2009" mahnı müsabiqəsinin iki yarımfinalı mayın 12-si və mayın 14-də, final mərhələsi isə mayın 16-da keçiriləcəkdir. 54-cü dəfə keçiriləcək "Eurovision-2009" müsabiqəsində bu il 42 ölkə iştirak edəcəkdir. Azərbaycan təmsilçisi Aysel Teymurzadə müsabiqənin ikinci yarımfinalında 12 say altında çıxış edəcək, "Always" mahnısı Araşla duet şəklində təqdim olunacaqdır.

Digər xəbərlər