PDF Oxu

Mədəniyyət

  • 15

Kitabxana sistemi müasirləşir

Kitabxana sistemi müasirləşir
Yevlax şəhərində mədəniyyət günü keçirilib. Bu günün proqramı çərçivəsində elektron kitabxana da istifadəyə verilib.
Yevlax şəhərində mədəniyyət müəssisələrinin sırasına mərkəzi elektron kitabxana da əlavə olunub. Heydər Əliyev prospektində inşa edilən və 650 kv/m sahəsi olan bina oxu salonundan, iş otaqlarından və elektron kitabxana zalından ibarətdir. Kitabxananın internet səhifəsi yaradılmaqla oxuculara 20 kompüter vasitəsilə xarici ölkələrin kitabxanaları ilə əlaqə saxlamaq, bununla da dünya ədəbiyyatı və elmi nailiyyətləri ilə tanış olmaq imkanı verilib. 18 min 600 oxucusu olan kitabxanada 74 min nüsxə kitab var. Onların 10 min nüsxəsi dövlət başçısının sərəncamına uyğun olaraq latın qrafikası ilə çap edilən kitablardır. Binada müasir istilik, işıqlandırma və havalandırma sistemləri quraşdırılıb. Eləcə də, ərazisi abadlaşdırılaraq, yaşıllıq salınıb.
Mədəniyyət sahəsində görülən işlər sırasında Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev sarayı, xalq teatrının inşa olunmuş, istirahət parkları salınmışdır. Ölkənin kitabxana sisteminə müasir elektron kitabxananın daxil olması dövlətin insan kapitalının inkişafına verdiyi qiymətdir.
Mədəniyyət günü bu yaxında istifadəyə verilən xalq teatrında davam etdirilib. Yevlaxda mədəniyyət günü Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti ilə başa çatıb. Heydər Əliyev Sarayında verilən konsertdə ölkənin tanınmış incəsənət ustaları iştirak edib. Mədəniyyət gününün hər ilin aprelində keçirilməsi qərara alınıb.

Digər xəbərlər